“Zirə” Bolqarıstan millisində çıxış edən Plovdiv “Lokomotiv”inin hücumçusu Dimitar İlievlə maraqlanır.

Hazırda 32 yaşlı futbolçu ilə danışıqlar davam edir. Bolqarıstanlı hücumçu peşəkar karyerası ərzində Sofiya ÇSKA-sı və “Lokomotiv”i, “Pirin” və “Montana”, bununla yanaşı Polşanın Plotsk “Visla”sı və “Podbeskidze” klublarında çıxış edib. Yeri gəlmişkən, ötən gün qəsəbə təmsilçisi şimali makedoniyalı yarımmüdafiəçi Georgi Stoilovla 2 illik müqavilə imzamışdı...